AZ

Klub prezidenti: "Problemlərimiz çoxdur, onları həll etməyə çalışırıq"

Azərbaycan I Liqasında XXI tura yekun vurulub. "Sheki City" "Göygöl"ü 2:0 hesabı ilə məğlub edib. Şəki təmsilçisi turnir cədvəlində 35 xalla 6-cıdır. Komanda 4 oyudur ki, məğlub olmur.

"Sheki City"nin prezidenti Elgün Hüseynov "FutbolPress"ə açıqlamasında komandanın daha yaxşı çıxış edə biləcəyini söylədi:

"II dövrədən sonra toparlanmağı bacarmışıq. Düzdür, daha çox xallar toplaya bilərdik, amma müəyyən problemlər buna imkan vermədi. Heyətimizdə zədəli və cəzalı oyunçular var idi, hər oyunda istədiyimiz çıxışı göstərə bilmirdik. Bir neçə səfər oyununda gözlənilmədən xal itirdik. Lakin oyunçularıma təşəkkür edirəm, sona qədər mübarizə aparıb, layiq olduqları nəticəni qazanırlar. İnanıram ki, bundan sonra daha uğurla çıxış edəcəyik. Şəki futbol ənənəsi olmayan şəhərdir. Mövsümün əvvəlində komanda iddialı olmasa da, indi turnir cədvəlində üst pillələrin birində qərarlaşıb. Düzdür, dediyim kimi, bundan da yaxşı bilərdik, amma bu da pis nəticə deyil. Növbəti mövsüm daha iddialı çıxış edəcəyik".

Hüseynov problemlər səbəbindən növbəti mövsüm üçün strategiyanın hələ hazır olmadığını bildirdi:

"Normalda klublar bir neçə il öncədən strategiya hazırlayırlar. Lakin hazırda biz bu haqda düşünə bilmirik. Problemlərimiz çoxdur, onları həll etməyə çalışırıq. Amma ümumilikdə onu deyə bilərəm ki, klubumuzun aşağı yay qrupları var ki, onlar müəyyən yarışlarda iştirak edirlər. İnşallah, planlarımız çoxdur. İşlərimizi qaydasına salıb digər məsələlərə də diqqət ayıracağıq. Gələcəkdə yaxşı nəticələr əldə etməyi hədəfləyirik. Düzdür, bu yolda müəyyən problemlərimiz olur. Məsələn, oyunlarımızın təbliğatını aparmaq üçün şəhərdə yapışdırdığımız afişalar qoparılır. Buna icazə verilmir. Lakin buna ciddi fikir vermirik. Başqa yollara əl atırıq. Məsələn, sosial media vasitəsilə azarkeşləri stadionlara cəlb edirdik. Bu da uğurlu alınır".

Məlik Məlikov
Seçilən
64
Mənbələr
Şərh ()
Bağla