AZ

Milli Aviasiya Akademiyası Penitensiar xidmətin müalicə müəssisələrini ozonlaşdıracaq


Ədliyyə Nazirliyinin Pentensiar Xidməti “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyası ilə (VÖEN – 9900013551) bir mənbədən satınalma metodu əsasında tender müqaviləsi imzalayıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Milli Aviasiya Akademiyası Xidmətin sifarişi əsasında Penitensiar xidmətin tabeliyində olan müalicə müəssisəsi və ixtisaslaşdırılmış müalicə müəssisəsində ozonlaşdırma texnologiyası ilə profilaktik-sanitariya tədbirlərini aparacaq və qarşılığnda 50 min manat alcaq.
Məlumat üçün bildirək ki, satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.

Elnur Əli
Seçilən
107
1
Mənbələr
Şərh ()
Bağla