AZ

Azərbaycanın güc strukturları Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” tədbirdə iştirak edir

Azərbaycanın güc strukturları Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” tədbirdə iştirak edir.

"APA-Economics"in Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbərinə görə, Türkiyənin Ankara şəhərində “Müdafiə və Havaçılık sahəsində” altıncı dəfə keçirilən tədbirdə Türkiyənin 300-ə yaxın şirkətinin iştirakı ilə yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyəti və digər güc strukturlarının nümayəndələri də qatılıb.

Tədbirin açılış mərasimində təşkilatçılarla yanaşı Türkiyənin Müdafiə Sənayesi naziri iştirak edib. “ICDDA 2024”-də mülki aviasiya, quru, dəniz, hava sistemləri və daxili təhlükəsizlik sahələrində təcrübəli ekspertlərin moderatorluğu ilə bir sıra panel müzakirələr təşkil edilib.

Tədbir müzakirələr, təcrübə mübadiləsi və sərgi ilə işini davam etdirir.

Seçilən
65
2
Mənbələr
Şərh ()
Bağla