AZ

Ukrayna şəhərləri raket və qırıcı təyyarələrin hücumuna məruz qaldı

Aprelin 19-da gecə və səhər saat 5.05-dən etibarən rus işğalçıları Ukraynaya kütləvi şəkildə raketlər və təyyarələrlə hücum ediblər.

Editor.az “Alerts.in.ua” xidmətinin məlumatına görə, Dneprdə, saat 5.05-dən 5.20-dək üç sıra partlayış səsləri eşidilib, ümumilikdə 10-a yaxın partlayış eşidilib. Dnepropetrovsk VHA-nın rəhbəri Sergey Lısak 5.21-də Telegram-da Dneperin raket atəşinə tutulduğunu təsdiqləyib və hava hücumundan müdafiənin işini elan edib. Yerli mənbələrin məlumatlara görə, Rusiya raketi Dnepr çayının mərkəzindəki yaşayış binasına düşüb, bir neçə mərtəbə sökülüb, yanğın başlayıb.

Bu barədə, Dnepr Operativ Telegram kanalı da məlumat yayıb.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla