AZ

Rusiyanın bombardmançı təyyarəsi qəzaya uğradı – Video


Rusiyanın Tu-22M3 uzaqmənzilli bombardmançı təyyarəsi Stavropol diyarında qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəzaya səbəb texniki nasazlıq olub.
Qeyd olunur ki,təyyarə döyüş tapşırığını yerinə yetirdikdən sonra öz aerodromuna qayıdarkən qəzaya uğrayıb:
“Axtarış-xilasetmə qrupu tərəfindən 3 ekipaj üzvü təxliyyə edilib. Hazırda bir pilotun axtarışı davam edir. Təyyarənin göyərtəsində heç bir döyüş sursatı olmayıb”, - nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, sosial şəbəkələrdə qəza anının görünrüləri yayılıb.
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla