AZ

Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

Bakı. Trend:

Böyrəyin çıxarılması əməliyyatı nefrektomiya adlanır.Nefrektomiya icbari tibbi sığorta təminatına daxildir. Bu əməliyyataçıq və qapalı (laparoskopik) üsulla həyata keçirilir. Qoyulandiaqnoz, patologiyanın ağırlıq dərəcəsi, pasiyentin ümumi vəziyyətivə digər faktorlardan asılı olaraq uyğun cərrahi üsul seçilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilənməlumata görə, 2021-2023-cü illər ərzində icbari tibbi sığortahesabına böyrəyin tam və ya hissəvi çıxarılması ilə bağlı 3359əməliyyat icra olunub.

Böyrəyin patoloji genişlənməsi, funksiyasının pozulması,böyrəyin büzüşməsi ilə nəticələnən irinli iltihabı və s. kimipatologiyalar əməliyyat üçün göstəriş hesab oluna bilər.Nefrektomiya böyrəyin funksiyasını bərpa etmək mümkün olmadıqda,həyatı təhlükəli ağırlaşmaların inkişaf etmə riski yüksək olduqdavə böyrək köçürülməsi əməliyyatlarında həkim tərəfindən təyinolunur.

Əməliyyatdan əvvəl təyin olunan instrumental və laboratormüayinələr, o cümlədən qanın və sidiyin analizi, döş qəfəsiorqanlarının rentgenoqrafiyası, sidik-cinsiyyət sisteminin ultrasəsmüayinəsi, böyrəklərin kömpüter tomoqrafiyası və digər müayinələricbari tibbi sığorta ilə ödənişsiz aparılır.

Sözügedən tibbi xidmətlə bağlı reanimasiya və stasionarda yatış,yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərficbari tibb sığorta təminatına daxildir. Bundan başqa yatışmüddətində təyin edilmiş laborator və instrumental müayinəxərcləri, manipulyasiyalar, histopatoloji, sitopatoloji müayinələr,qan və ya qan komponentləri sığorta ilə qarşılanır. Həmçininpasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsinqidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.

Nefrektomiya əməliyyatından sonra qalmış böyrəyinfunksionallığını qiymətləndirmək üçün pasiyent mütəmadi olaraquroloq tərəfindən müayinə olunmalıdır.

Qeyd edək ki nefrektomiya əməliyyatı TƏBİB-in tabeliyindəkidövlət xəstəxanalarında icra olunur. Məlumat üçün bildirək ki,icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadəetmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibbmüəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etməkkifayətdir.

Seçilən
14
13
Mənbələr
Şərh ()
Bağla