AZ

Təcili yardıma 2 min dəfə zəng etdi: Saxlanıldı və...

İngiltərədə təcili yardım çağırış mərkəzini 3 ildə 2 mindən çox zənglə məşğul edən şəxsə cəza veriblər.

Publika.az xəbər verir ki, bu barədə Metropoliten polisi (MET) məlumat yayıb. Bildirilir ki, Sonia Nixon adlı qadın 2021-2023-cü illər arasında 999 təcili zəng mərkəzinə 2 min dəfəyə yaxın müraciət edib. Ona 5 il həbs cəzası verilib.

“Sonia Nixon 2023-cü ildə təcili yardım xəttinə 1194 dəfə zəng edib. 2021-2023-cü illər arasında zəng mərkəzinə 17 müxtəlif telefon nömrəsi ilə zəng edib. O, qanunu pozduğuna görə saxlanılıb və ona qarşı 670 ayrı-ayrı cinayətdə ittiham irəli sürülüb”, - məlumatda bildirilir.

MET həmçinin qeyd edib ki, Nikson saxlanılan zaman irqçi ifadələr işlədərək bir polis məmurunu təhqir edib.

Seçilən
25
50
Mənbələr
Şərh ()
Bağla