AZ

Təmsilçimizin Avroviziyada ifa edəcəyi mahnı təqdim olundu -

Azərbaycanın "Avroviziya 2024" mahnı müsabiqəsində təmsil edəcək Qorqudun ifa edəcəyi mahnının təqdimatı keçirilib.Metbuat.az xəbər verir ki, Qorqudun ifasında “Bridges in the dark” mahnısı "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün təqdim edilən 6 namizəd ifadan biri idi."Bridges in the dark" mahnısı qaranlığa işıq saçan sönməyən ümidlər haqda bir balladadır. Mahnıda sevgi – ölçüsündən asılı olmayaraq hər körpünü aşa bilmə bacarığı, bu arzu üçün çırpınmağa qanadlandıran əsas ilham mənbəyidir. Sözləri həyatda qovuşa bilməyənlərin ömründə körpülərə çevrilən insanların olmasından bəhs edir.Mahnının bəstəsi Qorquda, sözləri Nurlana Cəfərovaya aiddir. Aranjiman Əzim Qarayev və Rüstəm Rzayev, səs rejissoru Rüstəm Rzayev, bekvokal prodüseri Mila Milesdir. Bekvokalı Mado Salikh ifa edir.Layihənin rəhbəri Nurlana Cəfərovadır. Quruluşcu operator və dron operatoru Faiq Şirinbəyli, operator Zeynal Əkbər, montaj və rəng korreksiyası Rəşad Həsənov, operator assistenti Ramin Ağayev, stilist Şamxal Ramazanlı, qrim Em Adgezalli, rəqqaslar “Nero Dance Crew” - Kamil Bayramov və Sara İsmayılova.


Seçilən
49
6
Mənbələr
Şərh ()
Bağla