AZ

Ancelina və Bredin qızı valideynlərini BARIŞMAĞA ÇAĞIRIB 

Dünyaca məşhur keçmiş aktyor cütlüyü Bred Pitt və Ancelina Colinin qızı Şaylo mayın sonunda 18 yaşının tamam olması münasibətilə valideynlərini barışığa səsləyib. 

Bizim.Media xəbər verir ki, bu haqda ailəyə yaxın mənbə “Life&Style” nəşrinə danışıb. 

“Şaylo əvvəllər bu barədə sakit idi, lakin indi o, sözügedən mövzuda mövqeyini açıq-aşkar nümayiş etdirir və hər iki valideyninə münasibətlərini qaydaya salmağı və “böyümələrini” məsləhət görüb”, - deyə insayder bildirib. 

Həmçinin insayder qeyd edib ki, Şaylo valideynlərinin aralarında yaşanan mübahisələrindən tənqə gəlib: 

“Şaylo onların çəkişməsindən bezib və onlardan bir yol tapmalarını və ya heç olmasa bir-biriləri ilə yaxşı davranmalarını tələb edir. Hətta Şaylo, valideynlərindən bunu onun xatirinə etmələri üçün yalvarır”. 
Qeyd edək ki, daha əvvəl Şaylonun yetkinlik yaşına çatdıqdan sonra atasının yanına köçmək niyyətində olduğu, lakin anası Ancelina Colinin buna sevinmədiyi üzə çıxıb. Bu yaxınlarda məlum olub ki, Pitt uşaqlara birgə qəyyumluq etməkdə israr etməyi dayandırıb. 

Rəşad Əliyev, Bizim.Media

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla