AZ

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır (FOTO)

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarına səfər çərçivəsində AzərbaycanRespublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevinrəhbərlik etdiyi nümayəndə heyəti Nyu-Yorkda keçirilən BMT-ninDövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 23-cüsessiyasında iştirak edib.

Trend xəbər verir ki, Dövlət Agentliyinin sədri CEPA-nın “16-cıvə 17-ci Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsiüçün Könüllü Milli Hesabat Ölkələri və Könüllü Yerli HesabatŞəhərləri arasında perspektivli təcrübələrin mübadiləsi” adlısessiyada çıxış edib.

Çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyəti, eləcədə 16-cı və 17-ci DİM-lərə nail olunması istiqamətində DövlətAgentliyi tərəfindən həyata keçirilmiş layihələr barədə ətraflıməlumat verilib. Eyni zamanda “ASAN xidmət”in beynəlxalq arenadaəldə etdiyi nailiyyətlər, həmçinin “ASAN İnnovativ İnkişaf Mərkəzi”tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən təlimlərinəhəmiyyəti diqqətə çatdırılıb.

Səfər çərçivəsində Ülvi Mehdiyev BMT Baş katibinin iqtisadi vəsosial məsələlər üzrə müavini Li Junhua ilə görüşüb. Görüş zamanı2013-cü ildən etibarən Dövlət Agentliyi ilə BMT-nin müvafiqdepartamenti arasında həyata keçirilən uğurlu əməkdaşlığatoxunulub. Qarşı tərəf “ASAN xidmət”in BMT tərəfindən 2 dəfə yüksəkmükafata layiq görüldüyünü diqqətə çatdıraraq, müvafiq modelindigər ölkələrdə də tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyinibildirib.

Görüş zamanı “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə tətbiqiistiqamətində Dövlət Agentliyi ilə BMT arasında yeni əməkdaşlıqlayihəsinin həyata keçirilməsi barədə razılığa gəlinib.

Bundan əlavə BMT İnkişaf Proqramının Regional Bürosunundirektoru İvana Zivkoviç ilə görüş keçirilib. Dövlət Agentliyininsədri tərəfindən “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədəgeniş təqdimat edilib. Qarşı tərəf ötən dövr ərzində DövlətAgentliyi ilə BMT-nin İnkişaf Proqramı arasında icra edilmişlayihələri xatırladaraq bundan sonra da müvafiq istiqamətlər üzrəəməkdaşlığa hazır olduqlarını bildirib.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri AzərbaycanRespublikasının gənclər və idman naziri Fərid Qayıbovun dəvətiəsasında Nyu-Yorkda və ətraf ştatlarda təhsil alan azərbaycanlıtələbələrlə, həmçinin burada yaşayan gənclərimizlə görüşüb.

“ASAN
“ASAN
“ASAN
“ASAN
“ASAN
“ASAN
“ASAN
Seçilən
44
18
Mənbələr
Şərh ()
Bağla