AZ

Yaşıl dünya naminə həmrəy Azərbaycan

Bakı. Trend:

Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfitəzahürlərinin qarşısının alınmasına xüsusi önəm verir. Ölkəmizin2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milliprioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və NaxçıvanMuxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, 2024-cüilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədəaparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinin dərin məzmunundanxəbər verir.

Yeri gəlmişkən, beynəlxalq ictimaiyyət Azərbaycanın iqlimdəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınması sahəsindəhəyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirilir. Məhz busəbəbdən, iştirakçıların sayına, səviyyəsinə, müzakirəyə çıxarılanməsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən birihesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası (COP29) iştirakçı ölkələrinqərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək.

Bu fikirlər Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimaiBirliyinin sədri Arzu Bağırovanın “Yaşıl dünya naminə həmrəyAzərbaycan” sərlövhəli məqaləsində yer alıb.

Trend məqaləni təqdim edir:

Azərbaycan dövləti beynəlxalq ictimaiyyətin ona böyük hörmət vəetimadının göstəricisi olan bu nüfuzlu sessiyanın yüksək səviyyədətəşkil edilməsi, ölkəmiz və bəşəriyyət üçün uğurlu nəticələrləyekunlaşması naminə bütün zəruri tədbirləri görməkdədir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransı (COP) iqlim böhranının həlli yönündə çalışmalarınəlaqələndirilməsi, onun aradan qaldırılması, strategiyalarınişlənib hazırlanması və iştirakçı ölkələri bir araya gətirmək üçünçox önəmli beynəlxalq platformadır. Məhz ona görə, bu qənaətdəyikki, COP29 iqtisadi cəhətdən də qazanc gətirə biləcək beynəlxalqplatformadır.

Azərbaycan COP29-u yüksək beynəlxalq standartlara uyğunsəviyyədə keçirəcək. - Belə bir əminlik ölkəmizdə bir sırairimiqyaslı beynəlxalq tədbirlərin yaxın keçmişdə örnək sayılacaqsəviyyədə keçirilməsi ilə sıx bağlıdır. Dövlətimizin siyasiiradəsi, xalqımızın qonaqpərvərliyi, könüllülərimizin təcrübəsi,peşəkarlığı, paytaxtımızın infrastrukturu və b. amillər COP29-un dabir Azərbaycan modeli (örnəyi!) ilə yadda qalacağını deməyə əsasverir.

Konfransın təşkilati heyətində ziyalı xanımların da geniş yeralması qadınların dünyanı daha gözəl biçimdə görmək arzusundan vəbu gözəlliyi yaratmada qadir əllərin böyük əməyindən xəbərverir.

Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyi olaraqyaxınsan iştirak etdiyimiz ağacəkmə aksiyalarını yaxşıxatırlayıram. O böyük aksiyada vətəndaşlarımızın, özəllikləgənclərimizin necə ruh yüksəkliyinə malik olduğunu qürurlavurğulayıram.

Onlarla belə aksiyaları xatırlayaraq, COP29-un coşğu iləqarşılanacağını tərəddüdsüz deyə bilərik.

Konfrans miqrasiya və turizm sahələrinin inkişafı baxımından daçox vacib tədbirdir.

COP29-da müxtəlif dövlətlərin pavilyonları fəaliyyət göstərəcək.Hər dövlət özünün müvafiq sahələr üzrə uğurlarını nümayiş etdirdiyikimi, eyni zamanda, Azərbaycan da “yaşıl enerji” sahəsindəbaşarılarını təqdim edəcək. Bu isə şirkətlərarası, hökumətlərarası,dövlətlərarası yeni işbirliklərinin qurulması, inkişaf etdirilməsi,təcrübə və uğurların mübadiləsi, bundan irəli gələn müəyyənsənədlərin imzalanması və digər məsələlər baxımından önəm daşıyır.Beləliklə, iqtisadi tərəqqi meyillərinin məhz həmin yöndəformalaşmasına səbəb ola biləcək mühitin yaradılması şərtlənmişolacaqdır.

İndi həm “COP29”-la bağlı, həm də COP29-un gedişində vənəticəsində yeni sənədlərin qəbul olunması gözlənilir.

Yuxarıda da vurğuladığımız kimi, COP29 həm də turizm sektorununinkişafı ilə bağlı olan önəmli aktdır. Əgər müvafiq sessiyalarda100 min nəfər iştirak edəcəksə, həmin ölkənin infrastrukturu da çoxqısa müddətdə o parametrlərə cavab verməlidir. Bu baxımdanaidiyyəti strukturlar turizm infrastrukturunun inkişafı ilə bağlımüəyyən işlər görür. Paralel olaraq digər əməli fəaliyyət sahələridə mövcuddur ki, bu da ölkənin həmin sahələrdə çalışacaqvətəndaşlarının rifahının yaxşılaşdırılmasına gətirib çıxaracaq.Aydındır ki infrastruktur olacaqsa, xidmətdə çalışan işçilər dəolmalıdır. Bu, həm də yeni iş yerləri deməkdir.

Beləliklə, COP29-u keçirməklə həqiqətlərimizi həmin platformadanirəli gələn imkanlarla daha yaxşı təqdim egmək üçün əlverişli mühitqazanmış olduq.

Prezident İlham Əliyevin Sərəncamı əsasında 2024-cü ilinAzərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinəgörə, artıq, ölkəmizin energetika sahəsində bir sıra vacibyeniliklərindən danışa bilirik. Özəlliklə də sosial-iqtisadiinkişafın beş milli prioritetindən biri hesab olunan təmiz ətrafmühit və yaşıllıqların artırılmasına dair fəaliyyətlərə nəzərsalınmasını fərqləndirə bilərik. Həmin innovativ yanaşmalarla bağlıolan məsələlərə işğaldan azad olunmuş ərazilərdəki “Ağıllı şəhər”,“Ağıllı kənd” və digər layihələr aiddir.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüvə Yeni il münasibətilə xalqa müraciətində enerji məsələlərinə dəmünasibət bildirmişdi: “Yaşıl enerji” keçidi bizim prioritetməsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunanelektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavatgücündə Günəş elektrik stansiyası artıq bizim enerji sistemimizətam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşmamemorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10min meqavat bərpaolunan enerji növləri, enerji mənbələriyaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasındaolacaqdır. Əlbəttə ki, “COP29” - iqlim dəyişikliyinə həsr edilmişbu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha busahədə bizim uğurlarımızı əyani şəkildə göstərir”.

Kimliyindən, çalışdığı sahədən asılı olmayaraq, 2024-cü ildə -“Yaşıl dünya naminə həmrəylik ili” ilə, COP29-la bağlı müəyyənixtisaslaşmalara nəzər salsaq, burada təhsil sistemi ilə bağlı olanməsələlərin də əhatə olunduğunu görərik. Misal üçün, “Yaşıl enerji”növlərinin yaradılması ilə bağlı müəyyən elmi, konseptualyanaşmalar sonrakı mərhələdə təhsil sistemində geniş şəkildə tətbiqoluna bilər.

COP29-un digər aspektlərinə bağlı olan məsələlərdən biri yolinfrastrukturunun, kommunikasiyaların və nəqliyyatın inkişafı iləəlaqədardır. Kommunikasiya infrastrukturunun yaradılması, “Yaşılenerji”nin Qərb bazarlarına çıxarılması ilə bağlı sənayeninayrı-ayrı istiqamətləri üzrə sahələrinin inkişafına ehtiyacyaranır.

Bu ilin, bu payızın və ilə, fəslə dərin məzmun, geniş üfüqqazandıracaq hadisələrin mədəni həyatda, sənətdə də öz inikasınıtapacağına şübhə yoxdur.

Bir sözlə, COP29-un yetərincə genişhəcmli, çoxşaxəlisosial-iqtisadi, ictimai-siyasi yanaşmaların formalaşmasına,pozitiv yeniliklərə gətirib çıxaracağına inamımız tamdır.

Ölkəmiz üçün xeyirli-uğurlu olsun!

Seçilən
45
5
Mənbələr
Şərh ()
Bağla