AZ

İrana görə neft qiymətləri artdı

İsrailin İranın İsfahan şəhərinə iddia olunan hücumundan sonra neft bahalaşıb.

Yenisabah.az xəbər verir ki, bu xəbər neft tədarükünün məhdudlaşdırılması qorxusunun yeni dalğasına səbəb olub.

Londonun ICE Futures birjasında Brent neftinin iyun fyuçerslərinin qiyməti bir barel üçün 88,81 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin may fyuçerslərinin qiyməti bu dəfə 1,7 dollar (2,05%) artaraq 84,43 dollar/barelə çatıb.


Telegram kanalımız
Seçilən
66
2
Mənbələr
Şərh ()
Bağla