AZ

"Bir çox məktəbdə qiymətləndirmələr ədalətli aparılmır"

Abituriyentlərin attestatında buraxılış imtahanından topladığı bal da qeyd olunur. Lakin bəzi müşahidələr əsasında demək olur ki, abituriyentin topladığı balla məktəbdən aldığı qiymət üst-üstə düşmür.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, bu günə kimi məsələ ilə bağlı nazirliyə müraciət daxil olmayıb:

 

“Şagirdin məktəb qiymətləri ilə onun buraxılış imtahanında əldə etdiyi bal arasında fərq bəzən olur. İmtahan psixoloji prosesdir. Ola bilər istənilən bir şəxs imtahan zamanı gərginliyin altında olsun, həyəcan keçirsin. Amma belə hallar kütləvi ola bilməz. Bir çox hallarda həqiqətəndə cəmiyyətdə ittihamlar səsləndirilir ki, bir çox məktəbdə qiymətləndirmələr ədalətli aparılmır. Belə hallar varsa, aşkara çıxarılıb, öz təsdiqini tapacaqsa, mütləq şəkildə onlarla bağlı müvafiq tədbirlər həyata keçiriləcək. Müəllim, məktəb rəhbəri bütün şagirdlərə eyni gözlə baxılmalıdır. Həm də bu onların peşə borcudur”. 

 

İlqar Orucov qeyd edib ki, Azərbaycanda məktəblərin sayı çox olduğu üçün belə bir halın baş verməsini ancaq müraciət əsasında bilmək mümkündür:

 

“Gündəlik olaraq məktəbə  nazirlik hər hansı qurumu ümumi bu hallarla bağlı nəzarəti həyata keçirə bilməz. Ona görə də məktəbdə şagirdlərin qiymətləndirilməsinin düzgün aparılması müəllim, direktorun borcudur”.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla