AZ

Rusiya Dneprdə yaşayış binasını vurdu: ölən var

Rusiyanın ötən gecə Dneprə atdığı raketlərdən biri beşmərtəbəli yaşayış binasını hədəfə alıb.

Axar.az xəbər verir ki, nəticədə tikilinin bir hissəsi yanaraq yararsız hala düşüb.

Xilasetmə işləri zamanı dağıntılar altından 6 nəfər çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Krivoy-Roq şəhərindəki infrastruktur obyektlərindən birinə hava hücumu zamanı isə 1 nəfər həlak olub, 9-u yaralanıb. Bunu jurnalistlərə şəhərin meri Boris Filatov bildirib.

Pavloqrad şəhəri də raket zərbələrinə məruz qalıb. Nəticədə 2 nəfər ölüb, 15 nəfər ağır xəsarətlər alıb. Aviahücum zamanı şəhərdəki müəssisələrdən biri sıradan çıxarılıb.

Sinelnikova da raket hücumu baş verib. Bu zaman aralarında azyaşlı uşaqlar da olmaqla, ölən və yaralananların olduğu açıqlanıb.

Şəhərdə 4 fərdi ev dağılıb, 8-i isə yararsız hala düşüb.

Seçilən
17
50
Mənbələr
Şərh ()
Bağla