"Paşinyan Moskvaya gedəcəkmi?".
Modern.az xəbər verir ki, bu sualın cavabı barədə “Hraparak” qəzeti yazıb.
Qəzet yazır ki, hakimiyyət bu məsələdə intriqanı son dəqiqəyə qədər saxlayır: "Hökumət deyir ki, bütün səfərlərlə bağlı düzgün və vaxtında məlumatlandırılır".
Nəşrin məlumatına görə, hakim dairələrdə belə bir anlayış var: Paşinyan həm Putinin 7 mayda inauqurasiyasında, həm də mayın 8-də Avrasiya İqtisadi İttifaqının yubiley sammitində iştirak edəcək. Ola bilsin ki, Ermənistanın baş naziri mayın 9-da keçiriləcək Qələbə günü paradında iştirak etmədi, lakin bu hələ dəqiq deyil.