AZ

Sülhməramlılar da çıxarıldı - Nə bəhanə qaldı?

Müharibənin son günü, 10 noyabr müqaviləsindən sonra cəmiyyətdə fikir ayrılığı yaranmışdı. Sülhməramlıların Azərbaycan torpaqlarına daxil olması faciəyə çevrilmişdi. Bunu əlinə bayraq edən müxalifət üzvləri məsələni daha da şişirdərək sülhməramlıların torpaqlarımızdan heç vaxt çıxmayacaqlarını iddia edirdilər. Bundan əlavə, Xocalı və Xankəndinin ermənilərdə qalması bu şəxslər üçün gözəl bəhanəyə çevrilmişdi. Ölkə başçısının "Nəyi nə vaxt edəcəyimi bilirəm" sözlərinin dərinliyini anlamayan şəxslər bu kimi fikirlərə inanaraq ümidsizliyə qapılırdılar. Halbuki, bu şəxslərin məqsədi də elə cəmiyyətdə fikir ayrılığı yaratmaq idi. Qərbin, ABŞ-nin maliyyələşdirdiyinə dair sübutlar əldə olunmuş bəzi müxalif şəxslərin artıq bəhanəsi qalmayıb. Onların vaxtilə əllərində bayraq etdiyi bütün məsələlələr İlham Əliyevin uğurlu siyasəti nəticəsində tezliklə həll olunub. Belə ki, 10 noyabr sazişində sülhməramlıların 2025-ə qədər müvəqqəti olaraq yerləşdirilməsi maddəsində məhz Prezident İlham Əliyev israr etmişdi. Üçtərəfli  sənəddə "müvəqqəti" şərtinin qoyulması və prosesin məntiqi sona çatdırılması Prezidentin qətiyyətli siyasətinin nəticəsidir.

Artıq sülhməramlılar Azərbaycan torpaqlarından tamamilə çıxarılır. Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ regionundan çıxarılmasına başlanıldığını təsdiq edib. Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışarkən bildirib ki, sülhməramlıların ərazilərimizdən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib. Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ABŞ-nin 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və həmin bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə nəticələnən üçtərəfli razılaşmanın tərəfi olmadığını diqqətə çatdırıb. O, Rusiya sülhməramlı kontingentinin "daha dinc və sabit Cənubi Qafqaz regionuna töhfə verdiyini göstərən heç nə görmədiklərini" vurğulayıb: "Bununla belə, biz Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesin asanlaşdırılması üçün yardımımızı davam etməyə hazırıq", - Dövlət Departamentinin rəsmisi qeyd edib.

Bu, ABŞ Dövlət Departamentinin Azərbaycana və Rusiayay qarşı ilk qərəzi deyil. Onlar dəfələrlə bu tərzdə əsassız ittihamlar səsləndiriblər. ABŞ riyakarlığının növbəti göstəricisi olan bu açıqlama bir daha deməyə əsas verir ki, Cənubi Qafqazda sabitliyin olmasını istəməyən əsas qüvvələrdən biri ABŞ-dir. Deməli, ABŞ regionda davamlı sülhüm davamlı təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür.

İslam
Milli.Az

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla