AZ

Azərbaycan çempionatında finalın vaxtı açıqlanıb

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında final və üçüncü yer uğrunda oyunların tarixləri bəlli olub.

İdman.biz xəbər verir ki, Yüksək Liqa aprelin 23-də başa çatacaq.

Bürünc medal uğrunda oyunlar aprelin 20-də, final qarşılaşmaları isə ayın 22-də və 23-də keçiriləcək.

GİN-nin Voleybol Mərkəzində ilk olaraq kişi voleybolçular 3-cü yeri sahibini müəyyənləşdirəcək. Daha sonra isə qadın voleybolçular arasında matç baş tutacaq.

Aprelin 22-də Bakı İdman Sarayında final oyunlarına start veriləcək. Həmin gün kişi voleybolçuların mübarizəsində çempion bəlli olacaq. Ertəsi gün isə qadın voleybolçuların çempionluq matçı keçiriləcək.

Həlledici oyunlardan öncə Dənizkənarı bulvarda Voleybol Festivalı təşkil olunacaq. Aprelin 23-də komandaların mükafatlandırma və Yüksək Liqa yarışlarının bağlanış mərasimi baş tutacaq.

20 aprel
Bürünc medal uğrunda
Kişilər

15:00. MOİK - “Neftçi”

Qadınlar
18:00. “Gəncə” - “Murov Az Terminal”

Final
Kişilər
22 aprel

16:00. “Azərreyl” - “Murov Az Terminal”

Qadınlar
23 aprel

16:00. “Azərreyl” - “Abşeron”

İdman.biz

Seçilən
127
4
Mənbələr
Şərh ()
Bağla