AZ

Mağazada keçmiş arvadını bıçaqlayan şəxsin şikayəti təmin edilmədi

Ali Məhkəmədə Şamaxıda keçmiş arvadını öldürməyə cəhddə ittiham olunan Elton Hüseynovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsində E.Hüseynov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 

Qeyd: E.Hüseynov Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunub.

 

Məlumata görə, X.Teymurova həyat yoldaşı ilə münasibətləri pis olduğu üçün bir müddət əvvəl ondan boşanıb. Amma buna baxmayaraq, E.Hüseynov X.Teymurovaya hədə-qorxu gəlməkdə davam edib.


Sonuncu dəfə onu izləyərək, Şamaxı rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən mağazada yaxalayıb. E.Hüseynov ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq, keçmiş həyat yoldaşı X.Teymurovaya çoxsaylı bıçaq zərbələri endirib. Keçmiş arvadının öldüyünü düşünən E.Hüseynov hadisə yerindən uzaqlaşıb.

 

Xəstəxanaya çatdırılan X.Teymurovanın həyatını xilas etmək mümkün olub.

 

Kamal Məmmədov

Tarix: 19 Aprel 2024, 09:37   
Seçilən
105
14
Mənbələr
Şərh ()
Bağla