AZ

Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı

Moskvanın Lyublino rayonunda baykerin qətlində şübhəli bilinən şəxsdən Moskva müstəntiqləri tərəfindən 44 milyon rubl və 300 min ABŞ dolları aşkar edilərək götürülüb.

Publika.az xəbər verir ki, bu barədə cümə günü, aprelin 19-da Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi məlumat yayıb.

"Bu gün gecə saatlarında şübhəlinin mənzilində axtarış zamanı külli miqdarda - 44 milyon rubl və 300 min ABŞ dollarından çox pul aşkar edilərək götürülüb", - departamentin açıqlamasında bildirilir .

Qeyd olunur ki, müstəntiqlər pulun mənsubiyyətini müəyyən edəcək, onların alınmasının və dövriyyəsinin qanuniliyini qiymətləndirəcəklər.

Xatırladaq ki, hadisə aprelin 17-də Moskvanın Krasnodarskaya küçəsində baş verib.

Seçilən
31
2
Mənbələr
Şərh ()
Bağla