AZ

“Səbail”in futbolçusu: “Bu məsələ onların vicdanına qalıb” - MÜSAHİBƏ

“Səbail”in futbolçusu Adil Mehremiçin İdman.bizə müsahibəsi

- Premyer Liqanın XXX turunda “Kəpəz”lə oyunda hakimi təhqir etdiyiniz üçün 2-si şərti olmaqla 4 oyun cəzalanmısız. Nə baş vermişdi ki?

- Oyundan sonra heyətə doğruları bildirmişəm. Artıq bu barədə danışmaq istəmirəm. Bu məsələ onların vicdanına qalıb.

- Diskvalifikasiya olunmağınızla bağlı nə deyə bilərsiz?

- Bu sualı qətiyyən şərh etmək istəmirəm.

- “Səbail”in hazırkı durumunu necə dəyərləndirərdiz?

- Biz bütün fikrimizi bundan sonrakı oyunlara cəmləmişik. Mən olmasam belə komandam əlindən gələnin artığını edəcək. Gücümüzü hər kəsə göstərəcəyik.

- Klubunuzun avrokubok şanslarını necə dəyərləndirirsiniz?

- İlk “üçlük” və “dördlük”də qalmaq şansımızı itirmədiyimiz müddətdə hər şey üçün maksimum çalışacağıq. Oyunlara daha yaxşı hazırlaşıb, buna da nail olacağıq.

- İlin sonunadək müqaviləniz var. “Səbail”lə yeni razılaşma planlaşdırırsız?

- Futbol həyat kimidir. Nəyin necə baş verəcəyini bilmirsən. Bəli, müqaviləm dekabra kimidir. Ondan sonra nə olacağını və harada çıxış edəcəyim barədə hələlik heç bir fikrim yoxdur.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
65
1
Mənbələr
Şərh ()
Bağla