AZ

Ermənistanda Paşinyanın hakimiyyətə gəlişi qeyd olunacaq

Ermənistan hökuməti bu il Serj Sarkisyanın istefasını və Nikol Paşinyanın baş nazir olmasını xüsusi qeyd etməyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu məqsədlə Ermənistanda Vətəndaş günü keçiriləcək.

Kilsə bayramlarına bənzəyən Vətəndaş günü aprelin son şənbə günü qeyd olunur.

Bu il Ermənistan hakimiyyəti Vətəndaş gününü aprelin 27-də qeyd edəcək.

Artıq tədbirin təşkili üçün dövlət büdcəsindən 19 milyon 500 min dram ayrılıb.

Ermənistanda hakimiyyət dəyişikliyi 2018-ci ilin aprelində baş verib. Prezidentlik müddəti başa çatan Serj Sarkisyan 17 aprel 2018-ci ildə Ermənistanın baş naziri seçilib. Lakin müxalifətin bütün ölkə boyu ona qarşı başlatdığı geniş etirazlardan sonra 23 apreldə istefaya getməyə məcbur olub.

Hakimiyyətə isə Nikol Paşinyanın başçılıq etdiyi “Vətəndaş müqaviləsi” partiyası gəlib.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla