AZ

Mərhum oğlu ilə bağlı sual Rəhman Rəhmanovu göz yaşlarına boğdu – VİDEO 

Əməkdar artist Rəhman Rəhmanov efirdə mərhum müğənni oğlu Emil Rəhmanoğlunu xatırlayaraq ağlayıb. 

Bizim.Media xəbər verir ki, aktyorun keçirdiyi təsirli və kövrək anlar qonaq olduğu “Xəzər axşamı” verilişində yaşanıb. 

Aparıcı Mətanət Əliverdiyevanın “Emili heç yuxuda görmüsünüz?” sualı aktyoru göz yaşına boğub. 

“Emilin vəfatından sonra heç yuxum olmur, yatmıram. 5-10 dəqiqə mürgüləyirəm, amma sonra yata bilmirəm. Onu yuxumda görsəydim, deyərdim ki, gəl yanıma”, - deyə R.Rəhmanov bildirib. 
Qeyd edək ki, Emil Rəhmanoğlu ötən ilin sentyabrın 19-da 44 yaşında xəstəxanada dünyasını dəyişib. O, Biləcəri ərazisində yerləşən məzarlıqda 19 il əvvəl vəfat edən qardaşı İlhamın yanında dəfn edilib. 
 


Rəşad Əliyev, Bizim.Media

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla