AZ

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar tutuldu

Bakı. Trend:

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər NazirliyininMətbuat Xdmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Lənkəran şəhəri ərazisində yerləşənqəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borularınoğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləriəməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdəşübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuşNail Cəfərov və İlqar Rəhimov müəyyən edilərək saxlanılıblar.

Şəxsi axtarış zamanı hər ikisinin üzərindən metamfetaminaşkarlanaraq götürülüb. N.Cəfərov və İ.Rəhimov barəsində həbsqətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
56
32
Mənbələr
Şərh ()
Bağla