AZ

ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoyacağını açıqlayıb

Birləşmiş Ştatlar ardıcıl olaraq Fələstin Muxtariyyətini “dövlətçilik hazırlığının yaradılmasına kömək edəcək” islahatlar həyata keçirməyə çağırıb.

Editor.az TASS-a istinadla xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud Əlcəzairin Fələstinin beynəlxalq təşkilata üzv olmaq təklifinə veto qoyacağını açıqlayıb. “Biz uzun müddətdir ki, Fələstin Administrasiyasını dövlətçilik hazırlığının yaradılmasına kömək etmək üçün lazımi islahatları həyata keçirməyə çağırırıq. Həmçinin qeyd edirik ki, HƏMAS terror təşkilatı hazırda Qəzzada gücə və təsirə malikdir və bu qətnamədə nəzərdə tutulan dövlətin tərkib hissəsidir”, – deyə o bildirib.

Bundan əvvəl Əlcəzairin BMT-dəki daimi nümayəndəsi Amar Benjama ölkəsinin Fələstinin dünya təşkilatına tamhüquqlu üzv qəbul edilməsi məsələsi ilə BMT Təhlükəsizlik Şurasına qayıdacağını bildirmişdi.

//Gülnarə Abasova, Editor.az

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla