AZ

İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu

Brent markalı neftin iyun fyuçerslərinin qiyməti İsrail və İran arasında növbəti eskalasiya fonunda bahalaşıb.

Publika.az xəbər verir ki, Bakı vaxtı ilə saat 6:36-a olan məlumata görə, Londonun ICE birjasında Brent markalı neftin bir barelinin qiyməti 4,39% artaraq 90,75 dollar olub.

WTI markalı xam neftin iyun fyuçersləri 2,9% artaraq 84,78 dollar/barelə çatıb.

Rusiya mətbuatı yazır ki, neftin qiymətinin artması ABŞ üçün sərfəli deyil, buna görə inflyasiya yenidən yüksələ bilər: "FED uçot dərəcəsini yenidən artırmalı olacaq ki, bu da ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək".

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla