AZ

Hərbi helikopter qəzaya uğradı: 10 əsgər həlak oldu

Keniyada hərbi helikopter qəzaya uğrayıb.

News24.az xəbər verir ki, Keniya Prezidentliyindən verilən açıqlamaya görə, qəzada Baş Qərargah rəisi Oqolla və 10 hərbçi həlak olub, 2 əsgər isə yaralı olaraq sağ qalıb.

Prezident Uilyam Ruto mətbuat konfransında helikopterin havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğradığını bildirib. İtkilərə görə çox kədərləndiklərini vurğulayıb.

Qəzanın yerli vaxtla saat 14.20-də baş verdiyini bildirən Ruto, Keniya Hərbi Hava Qüvvələrinin qəzanın səbəbini müəyyən etmək üçün hadisə yerinə hava araşdırma qrupu göndərdiyini bildirib.

Qeyd edək ki, prezident Ruto qəza ilə əlaqədar ölkə daxilində 3 günlük milli matəm elan edildiyini açıqlayıb.

Günel Məlikzadə

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla