AZ

Övladı qız doğulduğuna görə ağzına yastıq qoyub öldürdü - Neftçalanın Xəzər kəndindəki dəhşət - VİDEO

Neftçala rayonunda 1972-ci il təvəllüdlü Ziya ailə münaqişəsi zəminində arvadı Ayselə illərlə işgəncə verib, nəticədə qadın özünü öldürüb.


Medianews.az xəbər verir ki, təqsirləndirilən şəxs qeyd edib ki, qaynanası Səmayə, baldızları, baldızı oğlu və kürəkəni Vəlini görməyə gəliblər: “Həmin vaxt qaynanam Səmayə ilə ümumiyyətlə görüşmədim. Digərləri ilə sadəcə salamlaşaraq evdən çıxıb kənd ərazisinə getdim. Qaynanam atam Yavər rəhmətə gedəndə yas mərasiminə gəlmədiyinə görə heç vaxt onun bizə gəlməyini istəmirdim.


Qaynanama münasibətim yaxşı deyildi. İki dəfə ailə qurduğuna görə ona içimdə nifrət vardı. Bununla bağlı da arvadım Ayseli döyüb-söyür, təhqir edirdim.

Oğlum Vüsala zəng vurub qaynanamgilin getdiyini öyrənəndə evə qayıtdım. Evdə arvadımla mübahisə etməyə başladıq. Ondan anasının nə səbəbə mərhum atamın yas mərasiminə, eləcə də övladlarım Vəli və Vüsal hərbi xidmətə gedib-gələn zaman təşkil olunan məclislərə gəlmədiyini, indi yadına düşdüyünün soruşdum. Həmin vaxt Vəli və Vüsal evdə olduğu üçün Ayseli vurmadım”.


Ziyanın sözlərinə görə, həmin gün təxminən saat 22 radələrində Vüsal evdən kənd ərazisinə tanışları ilə görüşmək üçün çıxıb, Vəli isə xəstə olduğuna görə Aysel onun kürəyinə banka qoyub:

“Vəli yatdıqdan sonra Ayseli evin həyətinə çağırdım. Əsəbim keçmədiyinə görə yenə də anası Səmayənin nə səbəbə bizə gəldiyini soruşdum, ayağına təpiklə vurdum. Əsəbi olduğuma görə daha hansı nahiyələrinə zərbələr vurduğumu xatırlamıram.


Ayselinin anasının və özünün ünvanına söyüşlər də söydüm. O da vurduğum üçün ağladı. Vüsal həyətə girəndə döyməyi dayandırdım. Vüsal üstümə gələrək nə səbəbə anasını döyməyimi soruşdu və qardaşı Vəlini oyatdı. Onlar analarını bir daha döyməməyimi xahiş etdilər”.

Daha ətraflı video-materialda:


(Referans.az)

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla