AZ

AvroLiqada da yarımfinalçılar bəlli oldu

Ötən axşam UEFA Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.

Modern.az xəbər verir ki, bu oyunlar yarımfinalçıların adına aydınlıq gətirib.

"Atalanta" öz meydanında "Liverpul"a uduzsa da, səfərdəki qələbəyə görə yarımfila adlayıb.

"Marsel" - "Benfika" cütünün qalibi penaltilər seriyasında müəyyənləşib, Burada dəqiq oynayan fransızlar yarımfinala çıxıb. 

"Roma" səfərdə olduğu kimi, öz meydanında da "Milan"ı məğlub edib.

"Vest Hem" - "Bayer" görüşündə qalib aşkarlanmadığından ilk matçda qələbə qazanan Leverkuzen təmsilçisi yarımfinala adlayıb.

"Atalanta" - "Liverpul" - 0:1
İlk oyun - 3:0.

"Marsel" - "Benfika" - 1:0, pen. - 4:2
İlk oyun - 1:2

"Roma" - "Milan" - 2:1
İlk oyun - 1:0

"Vest Hem" - "Bayer" - 1:1
İlk oyun - 0:2.

Yarımfinal cütləri:

"Marsel" - "Atalanta"
"Roma" - "Bayer"

Qeyd edək ki, yarımfinalın ilk matçları mayın 2-də, cavab qarşılaşmaları isə 1 həftə sonra keçiriləcək. 

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla