Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır.
Msport.az xəbər verir ki, günün yeganə matçında “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək.
Qarşılaşma saat 16:30-da star götürəcək. Meydan sahibləri 42 xalla altıncı, “Gənclik şəhəri” təmsilçisi 44 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər matçları 20-21 apreldə olacaq.