AZ

Məhkəmə sevgilisinə qarşı dələduzluqda günahlandırılan qadınla bağlı qərar verdi

Ali Məhkəmədə Sevgilisinin külli miqdarda pulunu dələduzluqla ələ keçirməkdə təqsirli bilinərək bəraət alan Sevinc Bədəlovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qadına bəraət verib və o, məhkəmə zalından azadlığa buraxılıb.

 
Qeyd: S.Bədəlova sevgilisi, dövlət qurumlarından birində vəzifədə çalışan Aydın Məmmədovun (şərti) 434 min manat pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilib.
 

O, A.Məmmədova deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ona külli miqdarda əmlak qalıb. O, həmin əmlakları adına keçirərək biznes qurmasına kömək etməsi məqsədilə 2016-19-cu illər ərzində A.Məmmədovdan 434 min manat pul alıb. A.Məmmədov dövlət qurumunda, S.Bədəlova isə onun evinin yaxınlığındakı gözəllik salonunda işləyirmiş.
 

S.Bədəlovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə doqquz il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 19 Aprel 2024, 08:59   
Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla