AZ

"Binamız çökür, icra deyir ancaq təmir edə bilərəm" - VİDEO

"Binamız çökür, icra deyir ancaq təmir edə bilərəm" - VİDEO

Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 16 sağlıq yataqxana uzun müddətdir qəzalı vəziyyətdədir. Sakinlər bildirib ki, əvvəl pilləkənlərin sayı 5 dənə olmuşdusa, indi buna çökdüyündən artıq pilləkənləri sayı iki dənədir.

Sonxeber.az xəbər verir ki, sakinlər öz problemlərini "Apa TV"yə danışıb.

Binada mətbəxlər işlək vəziyyətdə deyil. Bina günü-gündən çökür və divarlar qoparaq sakinlərin başına tökülür. Üfunət iyindən binaya girmək mümkün deyil. Sakinlər bildirib ki, binanın təmiri üçün pul ayrılsa da, aidiyyəti qurumlar hələ də bina ilə bağlı heç bir addım atmayıb. Bina çökür və icra hakimiyyəti illər əvvəl bina haqqında verilən rəyə əsas gətirərək sadəcə olaraq təmir işləri aparmaq niyyətindədir.

"Binanın balkonu və turbaları pis gündədir. Evlərin içinə yağış dolur. İlkin olaraq 50 milyon ayrılıb. Qəzalı vəziyyətdə olan yataqxanalar siyahısında bəlkə də bizim binamız heç yoxdur. Xahiş edirəm ki, artıq bizim səsimizi eşitsinlər. Aidiyyəti şəxslərə müraciət edirik. Deyirlər ki, bizim xəbərimiz yoxdur. Bəs kimin xəbəri varsa, bizə kömək etsinlər. Burada yaşamaq mümkün deyil".

Ətraflı "Apa TV"nin süjetində:

Seçilən
46
6
Mənbələr
Şərh ()
Bağla