AZ

ABŞ-dan İsrailin İrana hücumu ilə bağlı İLK AÇIQLAMA

İsrail Müdafiə Qüvvələri (IDF) aprelin 14-nə keçən gecə İslam Respublikasının hücumuna cavab olaraq İran ərazisinə “məhdud” hücum həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, ABŞ İsrailin İrana zərbə endirməsində iştirak etməyib.

Qeyd edilib ki, yəhudi dövlətinin səlahiyyətliləri gözlənilən əməliyyatla bağlı Vaşinqtonu əvvəlcədən xəbərdar edib.

Lakin Ağ Ev Yaxın Şərq münaqişə zonasındakı vəziyyəti şərh etməkdən imtina edib. ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndələri də bu məsələ ilə bağlı sualları cavablandırmayıblar.

Aprelin 19-da səhər saatlarında ABC telekanalı adı açıqlanmayan amerikalı rəsmiyə istinadlaxəbər verib ki, İsrail əsgərləri İrana raket zərbəsi endirib.

Seçilən
194
32
Mənbələr
Şərh ()
Bağla