AZ

Pentaqon İsrailin İrana hücumunu şərh etmədi

ABŞ Müdafiə Nazirliyi İsrailin İrana zərbə endirməsi ilə bağlı məlumatları hələlik şərh etməyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqonun sözçüsü 13 aprel hücumuna cavab olaraq İsrailin İrana "məhdud" zərbə endirməsi ilə bağlı xəbərləri şərh edə bilməyəcəyini açıqlayıb. 

Xatırladaq ki, ABC telekanalı daha əvvəl Amerika rəsmisinə istinadən İsrailin İslam Respublikasındakı obyektə raket zərbəsi endirməsi barədə məlumat vermişdi. İran mediası ölkənin hava hücumundan müdafiə qüvvələrinin pilotsuz təyyarələri vurduğunu, heç bir raket zərbəsi qeydə alınmadığını yazır.   

Gülayə Mecid 

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla