AZ

Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO

Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO

Bəzən binadakı mənzillərin birindən digərinə su keçir. Digər tərəfdən təmir zamanı qonşuya maddi zərər vurulur. Mənzillərdə başlayan yanğın digər qonşuya keçmə halları belə baş verir. Qaydalara görə, əmlakın icbari sığortası yalnız ev sahibinin məsuliyyətini sığortalayır. Bəs hansı hallarda qonşuya dəyən ziyanı sığorta şirkəti ödəyir?

Sonxeber.az xəbər verir ki, "Xəzər Xəbər" sakinlər arasında sorğu keçirib. Cavablardan görünür ki, məsələ ilə bağlı məlumatlı olan şəxslər olsa, qayda-qanundan xəbəri olanlarda az deyil.

Sığorta eksperti Vüsal Bədəlov deyib ki, hüquqi şəxslər və fərdi sahibkarlar üçün əmlaklarına görə üçüncü şəxslər qarşısında məsuliyyət sığortası icbaridir. Ancaq fiziki şəxslər bunu könüllü etdirə bilərlər.

"Qonşuya su basması, evdə baş verən səbəbdən üçüncü şəxslərə dəymiş ziyanı qarşılamaq üçün məsuliyyət sığortasını vətəndaşlar könüllü olaraq əldə edə bilərlər. Təminat məbləğindən asılı olaraq, sığorta haqqı dəyişir. 20-25 min təminat almaq üçün əlavə olaraq 20-50 manat arası ödəməkle həmin sığorta məhsulunu əldə etmək mümkündür"

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla