AZ

“Dream team”in üzvləri çıxış edəcəkləri formaları nümayiş etdirdilər

Basketbol üzrə ABŞ milli komandasının heyəti elan edildikdən sonra oyunçulara çıxış edəcəkləri formalar da göndərilib. “Dream team”in üzvləri həmin formalarla şəkil çəkdiriblər.

Xatırladaq ki, komandaya Lebron Ceyms, Kevin Dürant, Stiven Körri, Coel Embiid, Ceyson Teytum, Devin Buker , Jryu Holidey, Entoni Devis, Bem Adebayo, Entoni Edvards, Tayris Halibörton və Kavay Leonard dəvət edilib. ABŞ məhz bu heyətlə Parisdə keçiriləcək Olimpiya Oyunlarında çıxış edəcək.

Komandanın baş məşqçisi Stiv Kerrdir. Onun rəhbərliyi altında yığma komanda keçən il dünya çempionatında uğursuz çıxış etmişdi. Bu il isə rəhbərlik etdiyi “Qolden Steyt Vorriors” komandası pley-offa vəsiqə qazana bilməyib.

blank
Seçilən
117
Mənbələr
Şərh ()
Bağla