AZ

"Pul ayrılmasa Kiyev ilin sonuna qədər uduzacaq" - ABŞ MKİ-nin direktoru Börns

“Ukraynaya yardım indi təsdiqlənməsə, Kiyev ilin sonuna qədər müharibədə uduzacaq”.

Azpost.info “Politico”ya istinadən bildirir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns aprelin 18-də Konqresdə çıxışı zamanı bildirib.

Börns deputatları Ukraynanın hərbi ehtiyacları üçün milyardlarla dollar ayırmağa çağırıb. Onun sözlərinə görə, hərbi yardım həm praktiki, həm də psixoloji təkan verəcək və ukraynalılar bir il dözə biləcəklər.

“Əks halda vəziyyət daha çıxılmaz olacaq. 2024-cü ilin sonuna qədər ukraynalıların döyüş meydanında məğlub olacaq. Ya da Putin siyasi nizamlanma şərtlərini diktə edə biləcək. Vəziyyətin bu həddə gəlmək riski var”, – deyə Börns xəbərdarlıq edib.

“Politico” ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin xəbərdarlığını ən ciddi xəbərdarlıq adlandırıb.

Seçilən
120
Mənbələr
Şərh ()
Bağla