AZ

“Sədərək”də mağazaya basqın edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə "Sədərək” ticarət mərkəzində mağazaya basqın etməkdə təqsirləndirilən Elnur Əmənovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib.

 

Qeyd: Hadisə 2022-ci ilin 15 noyabr tarixində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində qeydə alınıb. Əmənov sahibkar Şakir Ağayevin başına dəmir alətlə xəsarət yetirib, mağazadan 30 min manat pul götürərək qaçıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Elnur Əmənov şübhəli şəxs qismində saxlanılaraq həbs olunub. Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs iki ildir ki, telefon vasitəsilə onlayn qaydada qumar oyununda külli miqdarda pul uduzduğundan sözügedən cinayət əməlini törətdiyini bildirib.

 

Kamal Məmmədov

Tarix: 19 Aprel 2024, 08:18   
Seçilən
106
Mənbələr
Şərh ()
Bağla