AZ

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Avropanın

Bakı, 19 aprel, AZƏRTAC

Avropada ali təhsilli şəxslərin sayına görə irəlidə olan ölkələr Şimalda yerləşir.

AZƏRTAC xəbər verir ki, 25-74 yaşlı əhali qrupunda olan insanların təxminən 30 faizinin ali təhsili var.

Universitet təhsilli şəxslərin sayına görə İrlandiya liderdir. Burada əhalinin təxminən yarısı ali təhsillidir. Eyni hal Lüksemburqda da müşahidə olunur. İsveçlilərin 46, norveçlilərin isə 45 faizinin universitet diplomu var.

Ali təhsillilərin ən az olduğu ölkə isə Rumıniyadır. Burada əhalinin cəmi 18 faizi ali təhsil alıb.

Avropa üzrə orta göstərici 30 faizdir.

Seçilən
104
3
Mənbələr
Şərh ()
Bağla