AZ

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Bakı. Trend:

Dubay aeroportunda uçuşlar qismən bərpa olunub.

Trend-inməlumatına görə, hava limanı məhdud sayda təyyarə qəbul edir.Aeroportun direktoru Paul Qriffits bildirib ki, yaxın günlərdəfəaliyyət tam bərpa olunacaq. Yolların çoxu bağlı olduğundan lazımimal və avadanlıqları gətirmək mümkün deyil. Buna görə də havalimanı işini əvvəlki səviyyədə bərpa edə bilmir. Baqaj qəbuluzonası hələ də sudan təmizlənməyib.

Şəhərin özündə də bəzi ərazilərdə suyun səviyyəsi yüksək olaraqqalır. Az sayda taksi fəaliyyət göstərir. Supermarketlərin çoxundaərzaq tükənib, əksər məhəllələrin enerji təchizatı hələ bərpaolunmayıb.

Qeyd edək ki, son günlərdə Körfəz ölkələrinə intensiv yağışlarinfrastrukturun sıradan çıxmasına və 21 nəfərin ölümünə səbəbolub.

Məqalədə:
Seçilən
138
4
Mənbələr
Şərh ()
Bağla