AZ

“Xəzər Lənkəran”la bağlı yenilik: “bu, bizim üçün yaxşı irəliləyişdi” – ŞAD XƏBƏR

“Xəzər Lənkəran”ın stadionunun təmirə bağlanacağını təxminən 2 ay əvvəl xəbər vermişdik.

Prosesin başlaması üçün fəxri prezident Mübariz Mənsimovun tapşırığıyla idman qurğusunun smeta dəyəri müəyyənləşdiriləcəkdi. Görəsən, bu yöndə yenilik varmı? Ən azı ilkin çalışmalar yekunlaşıbmı?

Bu haqda “Xəzər Lənkəran”ın sabiq icraçı direktoru Höccət Hacıyevdən bilgi aldıq. Onun “Football-plus.az”a söylədikləri:

“Bəli, layihəninsmeta dəyəri hesablanıb və lazımi məlumatlar toplanaraq Türkiyədəki ofisə göndərilib. Əlbəttə, bu, bizim üçün yaxşı irəliləyişdi. Beləliklə, ilkin addımların atıldığını demək mümkündü. İndi prosesin növbəti mərhələsinə start verilməlidi. Bunun nə vaxt baş verəcəyini bilmirik. Bizə dəqiq tarix deyilməyib. Türkiyədən xəbər gözləyirik”.

KƏNAN BAHADIR
Seçilən
154
Mənbələr
Şərh ()
Bağla