AZ

Ukrayna Sibirə çata bilən pilotsuz təyyarələr aldı

“Kiyev min kilometr və ya daha çox məsafəni qət edə bilən uzaq mənzilli dronların yaradılmasına yüz milyonlarla dollar sərmayə qoyub”.

KONKRET.az xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.

Britaniyalı jurnalistlərin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri üçün yüksək mənzilli PUA-lar hazırda onlarla şirkət tərəfindən istehsal olunur. Modellərin ən yaxşıları üç min kilometr məsafə qət edə və Sibirə çata bilir.

Nəşr yeni inkişafla bağlı heç bir təfərrüat təqdim etmir. Həmçinin vurğulanır ki, Ukrayna Qərbin onları tədarük etmək istəməməsindən sonra uzun mənzilli PUA-ların hazırlanmasına başlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
174
1
Mənbələr
Şərh ()
Bağla