AZ

SON DƏQİQƏ: İsrail İranı vurdu – İsfahan hava limanında PARTLAYIŞ

“İsrail İranı vurur”.

KONKRET.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yaydı. Məlumata görə, İsrail İran ərazisinə raket zərbəsi endirib.

Qeyd edək ki, ABC agentliyi belə bir xəbəri ABŞ-dakı mənbəyə istinadən yaydığını açıqlayıb.

İsfahan şəhərində (İran) İsrailin İran ərazisinə zərbə endirməsi xəbəri yayıldıqdan sonra hava limanında partlayışlar baş verib. Bu barədə isə “Əl-Cəzirə” telekanalı xəbər tirajlayıb.

“İsfahan hava limanı yaxınlığında partlayışlar baş verib. Həm də İran ordusunun Haştam Şəkəri hava bazası dağıdılıb”, – Əl-Cəzirə telekanalının rəsmi teleqram kanalı xəbər verir.

Burhan,

KONKRET.az

Seçilən
223
2
Mənbələr
Şərh ()
Bağla