AZ

Beqlaryan: “Rusiya sülhməramlıları öz funksiyalarını faktiki olaraq yerinə yetirmədi”

“Rusiya qoşunlarının Azərbaycandan çıxarılması ola bilsin ki, Türkiyənin müdaxiləsi ilə baş verib. Bunun səbəblərini qiymətləndirmək çox çətindir, lakin geosiyasi hadisənon baş verdiyinin şahidinə çevrildik.

KONKRET.az xəbər verir ki, bu fikirləri separatçı Artak Beqlaryan deyib.

Onun sözlərinə görə, Rusiya rəhbərliyi Azərbaycan, indiki halda həm də Türkiyə rəhbərliyi ilə əlavə qarşıdurmaya getmək istəmirdi, yaxud Azərbaycanın, yaxud Türkiyənin müəyyən davranışını təmin etmək üçün başqa yerlərdə hansısa geosiyasi razılaşma olub.

Beqlaryan bildirib ki, sentyabrdan bəri Rusiya sülhməramlılarının funksiyaları faktiki olaraq yerinə yetirilməyib. Beqlaryan hesab edir ki, sülhməramlılar qalsa belə, onların funksiyalarını, hüquq və vəzifələrini izah edən yeni sənəd imzalamaq lazım idi.

O xatırladıb ki, bir neçə gün əvvəl Qırmızı Xaç Cəmiyyəti Xankəndidəki ofisini Bərdəyə köçürüb: “Qırmızı Xaç və Rusiya sülhməramlılarının çıxarılması beynəlxalq ictimaiyyətin Qarabağdan çıxarılması deməkdir”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
165
Mənbələr
Şərh ()
Bağla