AZ

Bu ölkə ABŞ-ni HƏDƏLƏDİ

Çad Respublikası hökuməti ABŞ hakimiyyətini ölkədə Amerika hərbçilərinin olmasını tənzimləyən təhlükəsizlik sazişini ləğv etməklə hədələyib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Çad hökumətinin keçən həftə ABŞ hərbi attaşesinə göndərdiyi məktubda birbaşa ABŞ qoşunlarının çıxarılması tələb olunmayıb. Bununla belə, Amerika hərbçilərinin Çadın paytaxtı Ndjamenadakı Fransa hərbi bazasını tərk etməli olacağı göstərilir.

Məktub Çad hökumətinin öz maraqlarına daha yaxşı uyğun gələn yeni razılaşma əldə etmək üçün taktiki yanaşma ola bilər.

Xatırladaq ki, aprelin 7-də Çad hökuməti Almaniya səfiri Yan Kristian Qordon Krikedən ölkəni tərk etməyi tələb edib. Səfirin ölkədən çıxarılmasına səbəb kimi onun qəbul edilmiş diplomatik normalara hörmətsizliyi göstərilib. Lakin konkret səbəb açıqlanmayıb. Eyni zamanda qeyd olunub ki, Krik Çaddakı səfir kimi 2022-ci ilin oktyabrında ölkədə hökumət əleyhinə keçirilən etiraz aksiyalarına dəstək verənlərdən biri olub.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
135
16
Mənbələr
Şərh ()
Bağla