AZ

“İsrail Fələstin və fələstinlilərdən qurtulmağı planlaşdırır”

“Fələstin BMT Təhlükəsizlik Şurasında təşkilata qəbul olunmasını tövsiyə edən qətnamənin bloklanmasına baxmayaraq, geri çəkilməyəcək”.

KONKRET.az xəbər verir ki, bunu Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mansur deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında qətnaməyə veto qoyulmasına baxmayaraq, “Fələstin dövləti qaçılmazdır, realdır”. “Bu qətnamənin qəbul edilməməsi bizim iradəmizi qırmayacaq və istəklərimizi məğlub etməyəcək”, – deyə diplomat bildirib. Daimi Nümayəndə Fələstinin məqsədindən geri çəkilməyəcəyinə söz verib.

Bundan əlavə, Mansur bildirib ki, İsrail Fələstin və fələstinlilərdən qurtulmağı planlaşdırır. Onun fikrincə, bu, İsrail hökumət rəsmiləri və siyasətçilərinin açıqladığı plandır.

Qeyd edək ki, Fələstin BMT-də müşahidəçi statusuna malikdir. İsrail isə 1948-ci ildən beynəlxalq təşkilatın tamhüquqlu üzvüdür.

Natiq Səlim,

KONKRET.az

Seçilən
187
Mənbələr
Şərh ()
Bağla