Aprelin 19-də saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onların oğlu, 2000-ci təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu polis əməkdaşları tərəfindın saxlanılıb.
Araşdırma aparılır.
***
03:17
Sumqayıt şəhərində ərlə arvad qətlə yetirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə 41-ci məhəllədə 18 saylı yataqxanada qeydə alınıb.
Meyitlərin şəxsiyyəti dəqiqləşdirilir.
Aidiyyatı orqanların əməkdaşları hadisə yerinə cəlb olunub, fakt araşdırılır.