AZ

Ağ Ev: Baydenin əmisini adamyeyənlər tərəfindən yeməyib

Ağ Ev ABŞ Prezidenti Cozef Baydenin əmisinin adamyeyənlər tərəfindən yeyilmədiyini, Sakit Okeanda baş verən qəzada öldüyünü açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “New York Post” qəzeti yazıb.

Söhbət Amerika liderinin əmisi Embrouz Finneqandan gedir. Baydenin dediyinə görə, ABŞ hərbçiləri 1944-cü ildə Yeni Qvineya yaxınlığında təyyarə qəzasında həlak olan Finneqanın meyitini həmin yerlərdə yaşayan adamyeyənlərə görə tapa bilməyib.

Buna reaksiya verən Ağ Evin mətbuat katibi Karin Jan-Pyer etiraf edib ki, Baydenin qohumu əslində onun təyyarəsi Sakit Okeana düşərkən həlak olub. Bu məlumatları Hərbi Əsirlərin Hesablama Agentliyi və Pentaqon da təsdiqləyib.

“Təyyarə naməlum səbəblərdən Yeni Qvineyanın şimal sahillərində okeana enməyə məcbur olub. Hər iki mühərrik aşağı hündürlükdə sıradan çıxıb və təyyarənin burnu möhkəm suya dəyib. Qəza nəticəsində 3 nəfər batmış gəmidən xilas ola bilməyib və həlak olub. Bir ekipaj üzvü sağ qalıb və o, yoldan keçən barj tərəfindən xilas edilib. Ertəsi gün havada aparılan axtarışlar nə təyyarənin, nə də itkin düşmüş ekipaj üzvlərinin izi tapılıb”, - qəzet qeyd edib.

Jan-Pyerin sözlərinə görə, 81 yaşlı Prezident bununla Finneqana görə "inanılmaz qürurunu" ifadə edib.

“Prezidenti gördünüz, o, əmisinin uniformadakı xidməti ilə inanılmaz dərəcədə fəxr edirdi. Siz bunu müharibə memorialında gördünüz. Bu, onun üçün inanılmaz dərəcədə emosional və vacib idi”, - o əlavə edib.

Seçilən
188
Mənbələr
Şərh ()
Bağla