![Avropa](https://azertag.az/files/2024/1/1200x630/17134789741640211948_1200x630.jpg)
Bakı, 19 aprel, AZƏRTAC
UEFA Avropa Liqasında yarımfinala vəsiqə qazanan son komanda bəlli olub.
AZƏRTAC xəbər verir ki, Fransanın "Marsel"i ilk görüşdə 1:2 hesabı ilə məğlub olduğu "Benfika" ilə doğma meydanda qarşılaşıb. Əsas və əlavə vaxta 1:0 üstün olan Liqa 1 təmsilçisi penaltilər seriyasında portuqaliyalılara qalib gələrək, yarımfinala adlayıb - 4:2.
Qeyd edək ki, Avropa Liqasının yarımfinalında "Bayer" (Almaniya) - "Roma", "Marsel" (Fransa) - "Atalanta" (İtaliya) matçları keçiriləcək.