Ukraynada 10 minə qədər məhkum səfərbər oluna bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu Ukraynanın “New Time” radiosuna Ali Radanın deputatı Roman Kostenko deyib.
“Yüz minlərlə əsgər dərhal sərbəst buraxılmayacaq”, – deyə o bildirib.
Deputat məhkumların orduya qəbulu prosesinin dəqiq necə baş verəcəyini açıqlamayıb. Eyni zamanda o qeyd edib ki, Ukraynanın belə təcrübəsi var – münaqişənin əvvəlində döyüşlərdə iştirak etmiş məhkumlar artıq azad edilib.