AZ

ABŞ Fələstinin BMT-yə tam üzvlüyünə “yox” deyəcək

ABŞ

ABŞ Fələstinin BMT-yə tam üzvlüyünə “yox” deyəcək.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel gündəlik mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ BMT Təhlükəsizlik Şurasında Fələstinin üzvlük məsələsinin müzakirəsini məqbul saymır: "Bu səbəbdən, ABŞ BMT Təhlükəsizlik Şurasında qanun layihəsinə "xeyr" səsi verəcək. İnanırıq ki, Fələstinin dövlətçiliyinin ən sürətli yolu ABŞ-ın dəstəyi ilə İsrail və Fələstin rəhbərliyi arasında birbaşa danışıqlardır".

Xatırladaq ki, Əlcəzair Fələstinin BMT-yə tamhüquqlu üzv olması barədə BMT-yə layihə təqdim edib.

E.ARAZ
Reyting.az
Seçilən
104
Mənbələr
Şərh ()
Bağla